Logo

“Media haqqında” Qanunun icrası haqda bəzi məcəllə və qanunlarda dəyişikliklər təsdiqləndi

05.04.2024 13:54 268 baxış
IMG

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinə uyğun olaraq “Media haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı məsələ parlamentin aprelin 5-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Qanun layihəsi bəzi Məcəllə və qanunlarda dəyişiklikləri özündə ehtiva edir. Beləliklə, Cəzaların İcrası, Seçki, Mənzil, Miqrasiya və İnzibati Xətalar məcəllələrində və adında “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü, “verilişlərinə” sözü “proqramlarına” sözü ilə, “Teleradio verilişləri təşkilatlarının” sözləri “Televiziya və radio yayımçılarının” sözləri ilə əvəz edilir.

“Media haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda da dəyişikliklər edilir. Beləliklə, “Dini etiqad azadlığı haqqında” “kütləvi məlumat vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilir. 6.2. 21-ci maddəyə “Dini qurumlar “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər.” Mövzusunda doqquzuncu hissə əlavə edilsin.

Dəyişikliklə “Əmək pensiyaları haqqında” Qanunda “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun bəzi maddələrində “verilişlərinə” sözü “proqramlarına” sözü ilə əvəz edilir.

Həmçinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda müvafiq maddələrində “yayım təşkilatlarının verilişlərinə” sözləri “audiovizual yayımçının proqramlarına” sözləri, “efir və kabel televiziyası” sözləri “yayım və retranslyasiya xidmətləri” sözləri ilə, “Reklam haqqında” Qanunun müvafiq maddələrində “kütləvi informasiya vasitələri” sözləri “media məhsulları” sözləri ilə, “Televiziya və radio yayımı” sözləri “Media” sözü ilə, “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklər, həmçinin “Kredit büroları haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara da şamil edilir.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Xəbər lenti