Milli Kitabxanada Azərbaycanın musiqi tarixində xüsusi yer tutan, görkəmli bəstəkar Asəf Zeynallının doğum günü ilə əlaqədar geniş kitab sərgisi hazırlanıb.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, “Asəf Zeynallı – 115” adlı sərgidə bəstəkarın kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunan kitablar Azərbaycan və rus dillərində nümayiş olunub.
Sərgi 1 həftə davam edəcək.