Logo

MEDİA Audiovizual Şura ilə birgə müsabiqə elan edib

05.04.2024 17:18 265 baxış
IMG

Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə MEDİA-dan məlumat verilib.

Ümumölkə yerüstü televiziya yayımçıları arasında təşkil edilən müsabiqədə iştirak etmək istəyən yayımçı Media Reyestrinə daxil edilmiş olmalı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət göstərməli və müvafiq qaydalarla müəyyənləşdirilmiş sənədləri təqdim etməlidir.

Müsabiqə üçün təqdim olunan layihə Azərbaycanın dövlətçilik tarixi; milli adət-ənənələr və ailə dəyərləri; elm və mədəniyyət; azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişafı; elmi-kütləvi, mədəni-maarif, təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzularından birini əhatə etməlidir.

Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata keçirilir.

Qeyd edək ki, müsabiqəyə müraciət qəbulu 6 iyun 2024-cü il 18:00-dək davam edəcəkdir.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Xəbər lenti