Logo

Azərbaycanda yeni radio fəaliyyətə başlayır

05.04.2024 18:50 182 baxış
IMG

Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış yeni radio fəaliyyətə başlayır.

Tehsil.biz xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.

Xəbər lenti