Aprelin 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Biləsuvar rayonunda vətəndaşları qəbul edib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Biləsuvar rayon sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub.
Nazir müavini Həsən Həsənli qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.