Logo

BDU-nun Jurnalistika fakültəsində onlayn görüş

09.04.2021 16:54 408 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə aparıcı, diktor, ssenarist, rejissor, Əməkdar artist, Yazıçılar Birliyinin üzvü, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr müavini Rafiq Həşimov arasında onlayn görüş keçirilib.

 

BDU-dan Tehsil.biz-ə bildirilib ki, Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev görüşün əhəmiyyətindən danışıb, qonaq haqqında tələbələrə ətraflı məlumat verib.

 

Rafiq Həşimov AzTV-nin inkişaf mərhələsindən söhbət açıb. Eyni zamanda, tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş özəlliklərindən danışıb, jurnalistin nitq mədəniyyəti, müasir media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məsələlərdən bəhs edib, tələbələrin çoxsaylı suallarını cavablandırıb

Xəbər lenti