Logo

“Basically Homeless”in blogeri dünyada ən kiçik monitoru olan konsol düzəldib

06.04.2024 15:22 137 baxış
IMG

“Basically Homeless” populyar yutub kanalının blogeri dünyada ən kiçik ekranı olan bənzərsiz konsol düzəltdiyini bildirib.

Tehsil.biz xarici mətbuata istinadən xəbər verir ki, "Tiny Steam Deck" təxminən 6 millimetr enində, 640x480 piksel ekranla təchiz olunub. 

“Tiny Steam Deck” əyləncə üçün yaradılmış eksperimental layihədir. Buna baxmayaraq, “Raspberry Pi RP2040”ın istifadəsi platformanın potensialını və çevikliyini, həmçinin retro oyun və əl oyun sistemlərini sevənlər üçün tək lövhəli kompüter imkanlarını bir daha göstərir. Yenilikçi olmasına baxmayaraq, belə cihazın praktik tətbiqi kiçik ekranı olduğuna görə məhduddur.

Xəbər lenti