Logo

BDU-nun “SABAH” tələbəsi “Sabahın hüquqları” adlı “Erasmus+” təlimində - FOTO

06.04.2024 16:36 210 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Fəzilə Əliyeva “Sağlam Düşüncə” Gənclər Təşkilatının vasitəsilə “Erasmus+” proqramı çərçivəsində Xorvatiya Respublikasının Karlovats şəhərində keçirilən “Sabahın hüquqları” (Rights of tomorrow) adlı təlimdə iştirak edib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, təlimə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən (Xorvatiya, Danimarka, Estoniya, Serbiya, Şimali Makedoniya, Moldova, Albaniya, Gürcüstan, Ermənistan) təmsilçilər qatılıblar.

Təlimin məqsədi iştirakçıları 4-cü nəsil insan hüquqlarına daxil olan hüquqlar barədə məlumatlandırmaqdır. Tədbirdə müxtəlif təlim metodları tətbiq etməklə insan hüquqlarının inkişafı və onların nəsillərə görə bölünməsi barədə müzakirələr aparılıb.

Xəbər lenti