Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Technest” Təqaüd Proqramı rəhbərliyinin Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşü keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Görüşdə məlumat verilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində Techcamp Tədris Mərkəzi yeni dalğada Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə dərslərə davam edəcək. Proqramlaşdırmanın müxtəlif kateqoriyaları üzrə ödənişsiz şəkildə təşkil olunacaq. Tədrisin sonunda tələbələr rəsmi Technest sertifikatı ilə təmin olunacaqlar. Təqaüd proqramına qoşulmaq üçün https://technest.idda.az/az/new-appeal sayta keçid edərək Gəncə-Daşkəsən iqtisadi rayonu bölməsindən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün sizdən şəxsiyyət vəsiqənizin şəkli və həmçinin CV əlavə etməyiniz tələb olunur.
Sonda tələbələrin sualları cavablandırılıb.