Logo

Azərbaycanın mina problemi İordaniya mətbuatında - FOTO

07.04.2024 19:50 302 baxış
IMG

Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı İordaniya mediasında geniş işıqlandırılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən "Tehsil.biz"ə bildirilib ki, bu ölkənin geniş oxucu kütləsinə malik “alordoon.com”, “nayrouz.com”, “orobanews.com”, “johinanews.com” və “nbnjo.com” xəbər portalları həmin bəyanatı dərc ediblər.

Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkdiyi, mina təhdidinin davam etdiyi, müharibədən sonra baş verən mina partlayışları zamanı ümumilikdə 350 azərbaycanlının mina qurbanına çevrildiyi, onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfərin həyatını itirdiyi vurğulanıb. Eyni zamanda, mina hadisələrinin əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş verməsinin Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyinin sübutu, bunun da öz növbəsində İrəvan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü olduğu diqqətə çatdırılıb.

Xəbər lenti