Logo

AzTU nümayəndələri Azərfloat zavodunda olub - FOTO

07.04.2024 20:22 244 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərfloat şüşə zavoduna səfər edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib 

Qurumun müşaviri Bəhmən Əliyev qonaqlara məlumat verib ki, zavod Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Müəssisə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.

AzTU nümayəndə heyətinin müəssisənin fəaliyyəti ilə tanışlığı zamanı bildirilib ki, tələbələr zavodda mövcud təcrübə proqramlarında aktiv iştirak edəcəklər. Eyni zamanda tədqiqat imkanlarının yaradılması, laboratoriya bazasından birgə istifadə edilməsi ilə bağlı razılığa gəlinib.

Xəbər lenti