Logo

Teleaparıcı Saleh Bağırov ADU-nun tələbələri ilə görüşüb - FOTO

07.04.2024 20:43 180 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin və TGT- nin nəzdində fəaliyyət göstərən "Jurnalistika" Departamentinin təşkilatçılığı ilə universitetin tələbələrinin teleaparıcı Saleh Bağırovla görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

Görüşdə Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim Nərgiz Çərkəzqızı qonağı təqdim edib.

Görüş zamanı aparıcı həyat yolundan, təhsilindən, jurnalistika sahəsində keçdiyi yoldan söz açıb və tələbələrin suallarını cavablandırıb. Eyni zamanda televiziyalarda nitq mədəniyyətinə, tələffüz qaydalarına necə əməl olunmasından danışıb.

Tədbirin sonunda aparıcı universitetin rəhbərliyinə dərin təşəkkürünü bildirib və görüşlə bağlı xoş təəssüratlarını bildirib. 

Xəbər lenti