Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq aparıb.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 2024-cü il 4 aprel tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.