Logo

Magistratura imtahanının ll cəhdində iştirak etmək üçün neçə nəfər qeydiyyatdan keçib?

08.04.2024 10:57 163 baxış
IMG

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 16 min 682 bakalavr (Azərbaycan bölməsi - 15565; rus bölməsi - 1117) ərizəsini təsdiq edib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən Məlumat verilib. Bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də digər bakalavrlar mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.

Ərizə qəbulu aprelin 8-i saat 23:59-dək davam edəcək.

Xəbər lenti