Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” aprelin 21-də yenidən nümayiş olunacaq.
Tehsil.biz xəbər verir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dramdır.
Tamaşanın rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.