Logo

BDU-da “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda elmi seminar

09.04.2021 18:35 392 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.

 

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi Nelya Nikolayevna Lebedeva “Modifikasiya olunmuş seolitdə cərəyan keçiriciliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi klinoptilolit tipli məsaməli seolit-dielektrikdə elektrikkeçiriciliyi tədqiqinin nəticələrindən danışıb. Daha sonra məruzəçi adı çəkilən istiqamətin perspektiv tətbiq sahələri haqqında məlumat verib.

 

Seminarda aparılan təcrübələrin xüsusiyyətləri izah edilib və  suallar cavablandırılıb.

Xəbər lenti