Logo

Günəş küləyinin sürətlənəcəyi gözlənilir

08.04.2024 18:28 92 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb. Altı ləkə qrupunda 79 ləkə qeyd olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti 653 kilometr/saniyəyədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (360 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib.

Proqnoz günlərində (8-14 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Günəş küləyinin müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə aprelin 9-10-da sürətlənəcəyi gözlənilir. Müsbət qütblü yüksəksürətli tac dəliyi zərrəciklərinin təsirilə geomaqnit sahəsinin qeyri-sabit və aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.

Xəbər lenti