"Ölkəmizdə universitetlər sadəcə ali təhsil müəssisələridir. Yəni tələbələrə müəyyən ixtisas fənləri üzrə informasiyalar verilir və proses bitir. Reallıq odur ki, tələbənin universitetə gəlib-gəlməməsi arasıda ciddi bir fərq yoxdur. Hazırda universitetin verdiyi informasiyanı tələbə universitetə gəlmədən də əldə edə bilər".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, müasir dövrdə universitetlər elmin bütün sahələri üzrə qabaqcıl elmi-tədqiqatların aparıldığı və böyük kəşflərin edildiyi elmi-tədqiqat mərkəzləri olmalıdır:
"Bəs bu gün Azərbaycan universitetlərində ciddi tədqiqatlar aparılırmı? Mən nəzərdə tutmuram ki, hansısa alim xaricdən kiminləsə birdə Scopusda məqalə nəşr etdirir. Ali təhsildə ciddi islahata ehtiyac var. Bizim yeni, həm də müasir universitetə ehtiyacımız var", - deyə ekspert qeyd edib.
Kənan Nağıbəyli