Logo

Azərbaycan İlahiyyat İnstitutunun rektoru İslam sivilizasiyası alimlərinin tədbirində iştirak edib

09.04.2021 18:39 345 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru İslam sivilizasiyası alimlərinin tədbirində iştirak edib.

 

Malayziyanın İslam Hadrari İnstitutu, Kebangsaa Universiteti və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir onlayn formada keçirilib.

 

Malayziya və Özbəkistanın, o cümlədən digər ölkə universitet və tədqiqat təşkilatlarının alimlərinin iştirak etdikləri beynəlxalq tədbirdə İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Orta Asiyanın İslam fəlsəfi düşüncəsinə töhfəsi: Mərv məktəbi” mövzusunda çıxış edib.

 

A.Şirinov Mərv məktəbi haqqında məlumat verərək, onun İslam dünyasında fəlsəfi düşüncənin təşəkkülünə verdiyi töhfələrdən bəhs edib. Həmçinin bu məktəbin peripatetik fəlsəfənin yayılmasındakı rolundan söz açıb, sözügedən fəlsəfə məktəbinin təmsilçilərini barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, beynəlxalq tədbirin təşkil olunmasında məqsəd İslam sivilizasiyası alimlərini bir yerə toplamaq, onların elmi tədqiqat işlərinin müzakirəsini təşkil etməkdir.

Xəbər lenti