Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 5,6 və 8 aprel 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı şəhərində yerləşən mərkəzi icra hakimiyyəti orqanlarında mentorluq və kuratorluq fəaliyyətini həyata keçirən dövlət qulluqçuları üçün “Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.
Təlim zamanı iştirakçılar yeni kadrların hazırlanması, təcrübə bölgüsü və davamçıların yetişdirilməsi mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.