Logo

BDU tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib - FOTO

08.04.2024 23:41 138 baxış
IMG

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin IV kurs tələbələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, tələbələrə muzeyin tarixi, Azərbaycan ədəbiyyatında bir çox ilklərin banisi olan Hüseyn Cavidin həyat və yaradıcılığı, muzeydə sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin təsadüf nəticəsində günümüzə qədər gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif illərdəki nəşri, pyeslərinin səhnə həyatı ilə əlaqədar geniş məlumat verilib. Muzeyin əməkdaşları tərəfindən Hüseyn Cavid, Cavidlər ailəsi ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tamaşaçılara muzeydə aparılmış tədqiqatlar nəticəsində çap olunmuş elmi əsərlər haqqında da məlumat verilib.

Xəbər lenti