Logo

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

09.04.2024 10:46 249 baxış
IMG

"Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq".

Tehsil.biz xəbər verir ki, bunu  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə deyib.

"Vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar", - Tural Əhmədov qeyd edib.

Sədr bildirib ki, yaxın günlərdə Agentlik həmin universitetlərin siyahısını dərc edəcək:

"Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələri saytda yerləşdirəcək. Artıq burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək. Bununla da vətəndaşlar daha dəqiq məlumat alacaqlar".

Kənan Nağıbəyli

Xəbər lenti