SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) komandası biznes müsabiqəsində uğur qazanıb.
Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.
Bildirilib ki, BANM-in biznesin idarə edilməsi ixtisası üzrə III kurs tələbələri Əflan Bədəlov, İlahə Hacıyeva, informasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Gültac Seyid və neft-qaz mühəndisliyi ixtisası üzrə V kurs tələbəsi Nicat Səfərəliyevdən ibarət komanda ölkənin ən prestijli biznes müsabiqələrindən olan “Azerbaijan Business Case Competition 2024”də II yeri tutub.
Həmin tələbələr 4.000 manat məbləğində pul mükafatına layiq görülüblər.