Logo

Agentlik Ukraynada təhsil almaq istəyən şəxslərə MÜRACİƏT ETDİ

09.04.2024 11:22 387 baxış
IMG

"Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə müəyyən güzəşt edildi: "Lakin Ukraynada təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək".

Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət TəminatıAgentliyinin (TKTA) Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyət məlumatlandırılacaq:

"Hazırda statistik məlumatlar toplanır. Bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər. Bu, birmənalı şəkildə tövsiyə edilmir".

Kənan Nağıbəyli

Xəbər lenti