Logo

"Diplomların tanınması zamanı müşahidə edilən göstəricilər məyusluq doğurur”

09.04.2024 11:35 194 baxış
IMG

"Son bir ilin statistikasına baxdıqda, diplomların tanınmasından imtina sayında azalmanın olduğu müşahidə edilir".

Tehsil.biz xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ də diplomların tanınması məsələsində meyarlara uyğun olmayan tələbələr var:

"Müşahidələr göstərir ki, vətəndaşın xarici ölkələrə üz tutanda, universitetləri araşdırması zəruridir. Bəzən vətəndaş akkreditasiyası olsa belə, universiteti diplom naminə seçir. Lakin diplomların tanınması zamanı müşahidə edilən göstəricilər məyusluq doğurur”.

T.Əhmədov qeyd edib ki, diplomların tanınması prosesində sui-istifadə hallarına rast gəlinir:

"Bəzən təbii fəlakətlər kimi hadisələrdə biz artıq həmin ölkədə baş verən prosesin miqyasına və mövcud qərarlara baxırıq".

Kənan Nağıbıyli

Xəbər lenti