Logo

“Yüksəliş” müsabiqəsində qeydiyyatdan keçənlərin TOP 5 universitet statistikası açıqlanıb

09.04.2024 12:28 279 baxış
IMG

"Dördüncü “Yüksəliş” müsabiqəsində universitetlər üzrə qeydiyyat statistikasına əsasən bakalavriat təhsili üzrə ən böyük iştirakçı qrupu Azərbaycan Dövlət İqtisad Universitetindəndir".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

Onun sözlərinə görə, həmçinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri TOP 5 universitet siyahısında sayca ilk sıralarda yer alırlar:

"Bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin 3 min 164 məzunu, Bakı Dövlət Universitetinin 2 min 741 məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1337 məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 930 məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 687 məzunu builki müsabiqədə qeydiyyatdan keçib. Magistratura təhsili üzrə TOP 5 universitet siyahısında Azərbaycan Dövlət İqtisad Universitetinin 2 min 150 məzunu, Bakı Dövlət Universitetinin 892 məzunu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 675 məzunu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 288 məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 272 məzunu builki müsabiqədə qeydiyyatdan keçib”.

"TOP 5 universitet siyahısında doktorantura/aspirantura təhsili üzrə Azərbaycan Milli Elmlər Akademiyasından 212, Bakı Dövlət Universitetindən 140, Azərbaycan Dövlət İqtisad Universitetindən 84, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 64, Azərbaycan Texniki Universitetindən 26 nəfər builki müsabiqədə qeydiyyatdan keçib", - F.Hacıyev əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti