Logo

"Yüksəliş” müsabiqəsinə müraciət edənlərin yaş ortalaması məlum olub

09.04.2024 12:41 202 baxış
IMG

"Birinci “Yüksəliş” müsabiqəsinə 11760, ikinci “Yüksəliş” müsabiqəsinə 12299, üçüncü “Yüksəliş” müsabiqəsinə 13474 nəfər müraciət edib".

Tehsil.biz xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O qeyd edib ki, hazırda keçirilən dördüncü müsabiqəyə isə 15877 nəfər müraciət edib.

"Yüksəliş” müsabiqəsinə müraciət edənlərin sayı hər il artır. Müraciət edənlərin yaşı 21-51 arasında dəyişir”, - Fərhad Hacıyev qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti