"Dördüncü “Yüksəliş” müsabiqəsinin iştirakçıları arasında dövlət qurumlarında çalışanlar üstünlük təşkil edir".
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, müsabiqəyə 8 min 961 nəfər (56.08 %) dövlət qurumlarında çalışan iştirakçı qoşulub:
“İştirakçılardan 6 min 665 nəfəri (41,71 %) özəl sektorda, 204 nəfəri (1,28 %) qeyri-hökumət təşkilatlarında, 148 nəfəri (0,93 %) beynəlxalq qurumlarda çalışır”.
Kənan Nağıbəyli