Logo

BMU-da tələbələr üçün psixoloji mövzuda seminar keçirilib - FOTO

09.04.2024 14:03 197 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təşkilatçılığı ilə “Bədən dili” mövzusunda seminar təşkil olunub.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə tədbirin məhz tələbələrin sorğusu əsasında seçilən psixoloji mövzuya həsr olunmasını, onların bu sahəyə maraq göstərməsini sevindirici hal kimi dəyərləndirib. Ali təhsil müəssisələrində, xüsusən də tələbələr arasında psixoloji profilaktika və maarifləndirmənin vacibliyini qeyd edən prorektor psixoloji xidmət sahəsinin insan sağlamlığı üçün əhəmiyyəti, psixoloji problemləri yaradan şərait və amillər, belə halların erkən aşkarlanması kimi məsələlərə toxunub. Eyni zamanda psixologiya sahəsi ilə əlaqəli olan yeni bilik və istiqamətlər haqda tələbələrin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Öz müşahidələri əsasında BMU-da tələbələrin diqqət və qayğı ilə əhatə olunmasından məmnunluq ifadə edən psixoloq Fidan Nizamova da psixoloji narahatlıqların erkən üzə çıxarılmasının vacibliyinə diqqət çəkib.

“Bədən dili” mövzusunda təqdimatla çıxış edən psixoloq qeyri-verbal ünsiyyət forması olan bədən dili anlayışı, bədən dilinin analizi, bədən dilində makro və mikro ifadələr, mimika, jest kontrolu, üz və göz ifadələri, münasibətlərdə bədən dilinin rolu kimi məsələlərdəm ətraflı bəhs edib.

Auditoriya ilə interaktiv formada davam edən seminarda şəxsi təcrübəsini də tələbələrlə paylaşan psixoloq seminar iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.

Xəbər lenti