"İslam ənənələrinə əsasən gün bayram namazı ilə başlayır. Bayramdan sonra insanların bir-birini, valideynlərini və qohum-əqrəbalarını ziyarət etmələri tövsiyə olunur. Əksər müsəlman ölkələrində həm də qəbirlər ziyarət olunur, dünyasını dəyişən insanların ruhuna dualar oxunur".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bayram günlərində tövsiyə edilən əməllərdən biri də küsülülərin barışmasıdır:
"İslamın bəyənmədiyi əməllərdən biri də insanların bir-birindən küsməsidir. Oruc fərdi ibadətdən daha çox ictimai ibadətdir. Onun faydasını cəmiyyətin bütün üzvləri hiss etməlidir".
Mərcanə Əsədova