Logo

Ekspertdən MİQ-lə bağlı TƏKLİF: "Köməkçi müəllimlər üçün də vakansiya olsun"

09.04.2024 14:32 191 baxış
IMG

"Hər il Müəllimlərin İşə qəbulu üzrə imtahanlarda 45-50 min nəfər mübarizə aparır. Onlar üçün 8-9 min vakant yer ayrılır. Kənarda qalan onminlərlə müəllim isə əlacsız vəziyyətdə ya növbəti ilə hazırlaşır, ya repetitorluğa keçid alır, ya da ümumiyyətlə bu sahədən bezərək tamam fərqli sahəyə üz tutur".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert təklif edib ki, mövcud vəziyyəti dəyərləndirərək vakant yerləri tutan əsas müəllimlərlə paralel həmin yerlərə köməkçi müəllimlər üçün də vakansiya olsun:

"Hazırda müəllimlər 45 dəqiqəyə yazı-pozu işləri ilə paralel 28-50 aralığı uşaqla məşğul olmaqda çətinlik çəkir. O zaman köməkçi müəllimlər dövriyəyə daxil olar. Bu həm təhsil göstəricilərinə fayda verəcək, həm əsas müəllimə daha çox öyrətmək üçün vaxt qazandıracaq, eyni zamanda da köməkçi müəllimin özünüinkişafına mühüm töhfə vermiş olacaq. Kimsə maliyyə məsələsini düşünürsə, onsuz da sağa-sola kifayət qədər maliyyə ayrılır, qrantlar paylanır, xərclənir və s. Bu proses həm də bu istiqamətdə işsizliyin də qarşısını almaqda faydalı olar".

Kənan Nağıbəyli

Xəbər lenti