Logo

BDU-da Türkiyənin İstanbul Universitetinin rektoru ilə görüş keçirilib - FOTO

09.04.2024 15:33 215 baxış
IMG

Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə BDU-nun rektoru Elçin Babayev həmkarına universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük universitetidir. İyirmi beş mindən çox tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 62-yə çatıb.

E.Babayev İstanbul Universiteti ilə biotexnologiya, nanotexnologiya, biotibbi materiallar, kompüter elmləri, sosial elmlər, jurnalistika, arxeologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. O qeyd edib ki, xüsusilə arxeologiya sahəsi üzrə birgə ekspedisiyalar və laboratoriyalar yaradıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana bilər.

İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar BDU ilə birgə tədqiqatlara, müəllim-tələbə mübadiləsinə ehtiyac duyulduğunu qeyd edib.

Sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti