Logo

Vatsapda yeni funksiya istifadəyə verilib

09.04.2024 15:47 146 baxış
IMG

Vatsap populyar mesencerində mediafaylların sürətli göndərilməsini təmin edən yeni funksiya istifadəyə verilib.

Tehsil.biz “WABetaInfo” portalına istinadən xəbər verir ki, vatsap foto və videokitabxanasına da girişi sadələşdirib.

Mütəxəssislərin fikrincə, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər. Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan vatsap proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün fotokitabxananın tez açılması funksiyası artıq əlçatandır.

Daha əvvəl bildirilmişdi ki, iOS cihazları üçün vatsapda videoları fon rejimində izləməyə imkan verən seçim olacaq. Daha sonra məlum olub ki, iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün vatsapda linklərin önizləməsini söndürməyə imkan verən yeni funksiya olacaq.

Xəbər lenti