Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kollektivə təqdim olunub - FOTO

09.04.2024 17:21 195 baxış
IMG

Aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədovu kollektivə təqdim edib.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident cənab İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan Fərəh Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Xəbər lenti