Logo

BDU alimləri Yekaterinburqda beynəlxalq elmi konfransda çıxış ediblər

09.04.2024 17:44 216 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Azad Rzayev və Slavyan ölkələri tarixi kafedrasının müdiri dosent Abutalıb Cəlilov Rusiyanın Yekaterinburq şəhərində XXI əsrdə tarix-filologiya üzrə komparativ tədqiqatlara həsr olunmuş beynəlxalq elmi konfransda iştirak ediblər. 

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. 

Səfər 2019-cu ildə Ural Federal Universiteti ilə bağlanmış müqavilə əsasında həyata keçirilib. 

Dosent Abutalıb Cəlilov konfransın plenar iclasında “BDU-nun Tarix və Filologiya fakültələri: tarix və müasirlik” mövzusunda çıxış edib.

“Heydər Əliyev - dirçəliş dövrü” mövzusunda məruzə edən dosent Azad Rzayev Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, demokratikləşmənin Azərbaycanın sosial-iqtisadi inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

Səfər çərçivəsində Yekaterinburqda fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Şahin Şıxlınski ilə də görüş keçirilib.

 

Xəbər lenti