Logo

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar

09.04.2024 17:59 141 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zəngəzurun tarixi və coğrafiyası” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfransda iştirak ediblər.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Aytən Əliyeva “Qədim Azərbaycan torpağı Zəngəzur” mövzusunda, həmin şöbənin kiçik elmi işçisi Sevinc Muxtarova isə “Zəngəzur: tarixi məkan, milli yaddaş” mövzusunda məruzə ilə çıxış edib və beynəlxalq sertifikatla təltif olunublar.

Konfransda Türkiyənin Mərmərə Universiteti ilə yanaşı, Azərbaycanın bir sıra ali təhsil və elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti