Aprelin 9-da Bakı Slavyan Universitetində (BSU) “Autizmdə effektiv müdaxilələr" mövzusunda məlumat sessiyası keçirilib.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə “Birgə və sağlam” İctimai Birliyinin psixoloqu Nərmin Həsənli autizmin statistikası, onun diaqnostikası, autizm-spektr pozuntusu barədə danışıb. O, autizmdə reabilitasiya metodları sırasında yer alan tətbiqi davranış analizi (ABA) ilə bağlı ətraflı məlumat verib. Tədbirdə, həmçinin ABA tədris proqramının əhəmiyyəti və effektivliyindən söz açılıb.
Məlumat sessiyası tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.