Logo

Gəncə Filarmoniyasında klassik gecə təqdim olunub - FOTO

09.04.2024 19:30 195 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ilk dəfə klassik gecə təqdim olunub.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, klassik gecənin ay ərzində bir dəfə təqdim olunması nəzərdə tutulub.

Sözügedən gecənin keçirilməsinin məqsədi Gəncədə fəaliyyət göstərən istedadlı gənc klassik ifaçıları üzə çıxarmaqdır.

Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyası, Asəf Zeynallının “Ölkəm” romansı, Fikrət Əmirov “Sevil” operasından "Balaşın mahnısı",“Dilbərin nəğməsi”, Niyazinin "Arzu" və Asəf Zeynallının “Ölkəm” romansları, Cakomo Puççininin “Gianni Schichi” operasından “Laurettanın” ariyası, Ernest de Kurtis “Sorentoya qayıt”, Corc Bizenin "Karmen" operasından Toreador Xalq artisti Sevinc İbrahimova, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Vasif Bayramov, Rüstəm Cəfərov, Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında səsləndirilib.

Konsert proqramı qeyri-adi formatda tamaşaçılara təqdim olunub. Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Gəncə Filarmoniyasında klassik gecə təqdim olunub

Xəbər lenti