Fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqqs 95 yaşında vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Edinburq Universitetinin saytında məlumat verilib.
İsveç Kral Elmlər Akademiyası 2013-cü il Fizika üzrə Nobel Mükafatını Fransua Englert və Piter Hiqqsə “atomaltı hissəciklərin kütləsinin mənşəyinin dərk edilməsinə töhfə verən mexanizmin nəzəri kəşfinə görə” verib.