Logo

Azərbaycanda Ramazan bayramı qeyd olunur

10.04.2024 09:30 276 baxış
IMG

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Tehsil.biz xəbər verir ki, Ramazan bayramının namazı aprelin 10-da saat 08:00-09:00 aralığında qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

Xəbər lenti