Logo

Britaniyanın Harboro Muzeyində Hallatonun qədim dəbilqəsi nümayiş etdirilir - FOTO

10.04.2024 10:07 292 baxış
IMG

Lesterdəki Harboro Muzeyində, hazırda Hallaton dəbilqəsi olaraq bilinən qədim artefakt ictimai şəkildə nümayişə çıxarılıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəvər verir ki, iki min illik Roma süvari dəbilqəsinin fraqment şəklindəki qalıqları Britaniyanın Lesterşir əyalətindəki tarlada həvəskar arxeoloqlar qrupu tərəfindən aşkar edilib. Adi metal parçasına bənzəyən və əvvəlcə, sadəcə “paslanmış vedrə” hesab edilən dəbilqə əsl fövqəladə tapıntıya çevrilib.

2001-ci ildə I əsrə aid məbədin yaxınlığındakı sikkələr və donuz sümükləri tapılan xəzinənin yanında aşkar edilmiş artefakt bu gün Böyük Britaniyada dəmir dövrünə aid ən əhəmiyyətli kəşflərdən biri hesab olunur. Bir vaxtlar zəngin gümüş və qızıl naxışlarla bəzədilmiş Hallaton dəbilqəsi, İngiltərədəki Roma imperiyasının hakimiyyətinin ilk mərhələlərində yüksək rütbəli Roma süvari zabitinə məxsus olub.

Dəbilqə illərlə diqqətlə bərpa edillib və muzeyin bərpaçıları zəhmətlə onun hissələrini topladılar. İndi təxminən 80 faizə qədəri bərpa edilən qədim baş geyimi, Harboro Muzeyinin gümüş külçələr, sikkələr və ritual xarakterli əşyalar da daxil olmaqla, digər tapıntılarla birlikdə daimi sərgisində nümayiş olunacaq.

Xəbər lenti