Logo

Ali məktəblərə qəbulda keçid balları yüksələcək? - VİDEO

10.04.2024 11:00 217 baxış
IMG

Martın üçündə keçirilmiş buraxılış imtahanlarında 14 nəfərin maksimum nəticə göstərməsi keçid ballarının qalxacağı ilə bağlı ehtimalları gücləndirib.

"Tehsil.biz"in Xezerxeber.az-a istinadən məlumatına görə, ötən eyni imtahanda iştirak edən 52 min nəfərdən yalnız bir nəfər 297 bal toplayıb.

Ümumiyyətlə, buraxılış imtahanlarında qeydə alınan nəticələr qəbul ballarına təsir edə bilərmi?

Təhsil eksperti Kamran Əsədov deyib ki, əksinə, bu il abituriyentlərin ali məktəblərə qəbul olmaq şansının daha çox olacağı gözlənilir. Çünki plan yerləri artırılır. Bu da balların yüksəlməsinə mane ola bilər.

Ekspert əlavə edib ki, indiki məqamda abituriyentlərin və valideynlərin narahatlığı üçün heç bir əsas yoxdur.

Ətraflı süjetdə:

Xəbər lenti