Logo

Bakıda məktəb-liseyin müəllimi vəfat edib

10.04.2021 11:37 711 baxış
IMG

Bakının 20 nömrəli məktəb-liseyinin əməkdaşı vəfat edib.

 

Tehsil.biz xəbər verir ki, məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva 59 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, İ.Tağıyeva 1962-ci il aprelin 18-də anadan olub. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1984-cü ildən əmək fəaliyyətinə başlayıb.

 

Mərhumun həyat yoldaşı Bəxtiyar Tağıyev də 20 nömrəli məktəb-liseydə riyaziyyat fənni üzrə dərs deyir.

 

Allah rəhmət eləsin!

 

Xəbər lenti