Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri” proqramının təqdimatı keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq bu il COP29-un Azərbaycanda keçirilməsinin və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin önəmindən danışıb.
“ADNSU və UFAZ-ın Yaşıl dünya səfirləri” proqramının yüksək səviyyədə icra olunacağını qeyd edən dosent Vazeh Əskərov “Yaşıl universitet” layihəsinin tərkib hissəsi və bu mühüm layihələrdən irəli gələn məsuliyyətin nəticəsi kimi ADNSU-nun layihələrdə fəal iştirak etdiyini, bu istqamətdə bir sıra mühüm tədbirlər keçiriləcəyini qeyd edib.