Logo

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu 5 universitetinə qəbul və təqaüd hüququ qazanıb

10.04.2024 16:18 399 baxış
IMG

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb.

Tehsil.biz xəbər verir ki, o, Birləşmiş Ştatların "Illinois Urbana Champaign" Universiteti, Purdue Universiteti, Penn Dövlət Universitetindən qəbul qazanıb.

Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar, Fordham Universitetindən isə illik 25 000 dollar dəyərində təqaüd əldə edib.

G.Ağakişiyeva ABŞ hökuməti tərəfindən maliyyələşdirilən "FLEX" (Future Leaders Exchange Program) proqramının finalçısıdır.

O, dünyanın daha bir neçə universitetinə müraciət etdiyini, cavab gözlədiyini və seçimini yekun siyahıdan edəcəyini söyləyib.

Qeyd edək ki, G.Ağakişiyeva həm ölkədaxili, həm beynəlxalq olimpiadaların fəal iştirakçısı olub. Məktəbli Respublika Fənn olimpiadaları üzrə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan Linqvistika Olimpiadalarının finalçısı, eyni zamanda "HIPPO-2023" və "TeenEagle" beynəlxalq ingilis dili olimpiadalarının müvafiq olaraq respublika birincisi və qızıl mükafatçısıdır.

Xəbər lenti