Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Emiliya Əhmədova və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Hüseyn Abızadə Seulda keçirilən “Startap siyasətinin formalaşdırılması üçün bacarıqların artırılması üzrə təlim” proqramında iştirak edib.
Tehsil.biz xəbər verir ki, təlim proqramı Azərbaycanda innovasiya siyasətinin yaradılması layihəsi çərçivəsində həyata keçirilib.
Layihəyə KOİCA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi), Soongsil Universiteti, Strateji İnkişaf üzrə Koreya İnstitutu (KDS) və IDDA dəstək göstərib.
Təlimin məqsədi innovasiya və startap üzrə Koreya təcrübəsinin öyrənilməsi, həmçinin Azərbaycanda startap siyasətinin formalaşdırılmasına dəstək olmaqdır.