Logo

MDU tələbələrinin istehsalat təcrübəsi davam edir - FOTO

10.04.2024 23:23 271 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin  “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri  cari ilin fevral ayından etibarən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təcrübə keçirlər.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

Təcrübə rəhbəri Samirə Mustafayevanın nəzarəti altında MDU-nun tədris planına uyğun olaraq aparılan təcrübə müddətində Tİ20 qrup tələbələri mərkəzin müxtəlif bölmələrində iş prinsipi ilə yaxından tanış olub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnirlər.

Tələbələr təcrübə proqramları əsasında turizm sektorunun daxili işləri ilə tanış olub, müştəri xidməti, rezervasiya idarəetməsi, mərkəzləşdirilmiş idarəetmə, marketinq və s. sahələrdə təcrübə qazanmaq imkanı əldə ediblər.  

MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Samirə Mustafayeva Turizm təhsili alan tələbələr üçün təcrübə proqramlarının çox vacib olduğunu qeyd edib. O, turizm fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə yeni, kreativ ideyaların yaranması və ölkəmizi tanıdan turizm fəaliyyətinin genişləndirilməsi baxımından MDU ilə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin birgə əməkdaşlığının davamlı olmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu təcrübələr tələbələrə nəzəri bilikləri praktika ilə birləşdirmə imkanı verir və onlara işgüzar sahədəki həyatı daha yaxından tanımağa kömək edir.

Xəbər lenti