Logo

ADAU-da ikili diplom proqramının akademik heyəti ilə növbəti görüş keçirilib

11.04.2024 16:36 169 baxış
IMG

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris etmək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov Ramazan bayramı münasibətilə professor-müəllim heyətini təbrik edib. Rektor beynəlxalq ikili diplom proqramının davam etməsi ilə yanaşı türk müəllimlər tərəfindən keçirilən təlim və seminarların da əhəmiyyətini diqqətə çatdırıb.

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop görüşdə iştirak etməkdən məmnunluğunu bildirərək proqramın işinə uğurlar arzu edib.

Daha sonra professor-müəllim heyətinin fikir və təklifləri dinlənilib.

Görüşdən sonra Ege Universitetinin professor-müəllim heyəti üçün iftar süfrəsi açılıb.

Xəbər lenti