Logo

“Maire Tecnimont Group”un regional rəhbəri BANM-də olub - FOTO

11.04.2024 17:00 198 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İtaliyanın “Maire Tecnimont Group” şirkətinin Mərkəzi Asiya və Xəzəryanı region üzrə vitse-prezidenti Antonio Donatonla görüşüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən bildirilib.

Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən rektor “Maire Tecnimont Group”la uğurlu əməkdaşlıqdan bəhs edib.

O vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təcrübə proqramlarında iştirak edir, məzunları burada müxtəlif vəzifələrdə çalışırlar. “Maire Tecnimont” şirkətinin regional rəhbəri Bakı Ali Neft Məktəbini və burada yaradılan şəraiti çox yüksək qiymətləndirib, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti