Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Caspian Event Organisers MMC"nin İçraçı Direktoru Bəhruz Hidayətzadə tərəfindən “Sərgilər-ideya, əməkdaşlıq və biznes üçün platforma” mövzusunda seminar keçirilib.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda şirkət tərfindən keçirilən sərgilər, iqtisadiyyat və biznesin inkişafında ticarət sərgilərinin rolu, sərgilərin iqtisadi inkişafda rolu və əhəmiyyəti, həmçinin sərgilərdə könüllülük fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Bəhruz Hidayətzadə qeyd edib ki, sərgilər tələbə və məzunların işlə təmin olunmasında, faktiki vakansiyalar və şirkətlərlə tanış olmasında və karyera imkanları haqqında məlumat əldə olunmasında, mühüm rol oynayır. O, tələbələrə sərgilərdə aktiv olmağı tövsiyə edib.
İnteraktiv formatda keçirilən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.